Böyrək daşlarından əziyyət çəkənlər ekrana yaxın oturun

Böyrək daşlarından əziyyət çəkənlər       ekrana yaxın oturun

Azərbaycanda ilk dəfə olaraq böyrək daşlarının sidik yolları vasitəsilə tam kəsiksiz üsulla aradan qaldırılması barədə məlumat vermişdik.

Ən son yeniliklərdən olan “Fleksibl URS” holmium-lazer üsulu ilə böyrək daşları tam parçalanaraq, çıxarılır. İndiyə qədər böyrək daşlarının çıxarılmasında ciddi çətinliklərlə üzləşən xəstələr artıq nəinki bir, hətta hər iki böyrəyində olan daşlardan eyni anda azad olurlar.

Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uzman, uroloq-androloq Dr. Araz Bayramov tərəfindən həyata keçirilən müalicə üsulu böyrək daşlarından əziyyət çəkən xəstələrə unikal fürsət kimi qiymətləndirilə bilər.

Bu məqamda xatırladaq ki, martın 11-i, həftənin çərşənbə günü, saat 17:15-də “Xəzər” TV-nin “Sağlıqla” verilişində Dr. Araz Bayramov hər iki böyrək daşlarının eyni anda müasir müalicə üsulları haqqında danışacaq.

Böyrək daşlarından əziyyət çəkənlər, bu barədə məlumat almaq istəyənlər canlı yayımla efirə gedəcək verilişə qatıla, Dr. Araz Bayramova sual ünvanlaya bilərlər.

Verilişdən sonra Dr. Araz Bayramov facebook səhifəsində (https://www.facebook.com/drarazb) böyrək daşlarından, prostat adenomasından və kişi sonsuzluğundan əziyyət çəkən və ya şübhəsi olan xəstələrin suallarının cavablandıracaq.

Qeyd edək ki, Araz Bayramov Avropada təhsil alıb və uzun müddət Fransanın məşhur Eduard Heriot adına Mərkəzi Xəstəxanasında uroloq-cərrah kimi çalışıb.

Dünyanın məşhur “Amerikan” və “Klivlend” klinikaları ilə əməkdaşlıq edən uzman Dr. Araz Bayramov hazırda MTN-nin Hospitalında uroloq-anroloq kimi fəaliyyət göstərir.

O, ölkəmizdə ilk dəfə olaraq laporokopik uroloji əməliyyatları, laporoskopik parsial nefrektomiya, ikitərəfli böyrək daşlarının eyni anda müalicəsini gerçəkləşdirib.

Onun anadangəlmə böyrək ləyəni-sidik axarı darlığının laporoskopik üsulla pieloplastikası əməliyyatı nəinki ölkəmizdə, dünyada həyata keçirilən unikal əməliyyatlar siyahısındadır.

Eyni zamanda prostat adenomasını XXI əsrin qızıl standartı – Plazmakinetik üsulla müalicəsini ilk dəfə Azərbaycanda O, həyata keçirib.

Dr. Araz Bayramovla əlaqə: 050-234-55-60


Xəbər 949 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR