Quru əməliyyat yaxın günlərdə başlaya bilər

Quru əməliyyat yaxın günlərdə başlaya bilər

Ərəb ölkələri koalisiyası yaxın günlərdə Yəməndə şiə üsyançılarına (husilər)  qarşı quru əməliyyata başlaya bilər.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə Yəmənin xarici işlər naziri Riyad Yasin CNN telekanalına müsahibəsində bildirib.

 

“Quru əməliyyatını olduqca tez və uzlaşdırılmış şəkildə həyata keçirmək lazımdır. Əməliyyat yaxın günlərdə başlaya bilər”, deyə nazir bildirib.

 

Məlumata əsasən, Səudiyyə Ərəbistanının Yəmən ilə sərhəd bölgələrində hərbi texnikanın cəmləşməsi müşahidə edilir.

 

Bundan əvvəl, Yəməndə quru əməliyyatın planlaşdırılmadığı bildirilirdi. 


Xəbər 927 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR