"...Azərbaycan əleyhinə səfərbər olan insanları anlamaq mümkün deyil" Elşən Musayev

"...Azərbaycan əleyhinə səfərbər olan insanları anlamaq mümkün deyil"      Elşən Musayev

Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevdir


- Elşən müəllim, Azərbaycanda mühim tədbirlər ərəfəsi dağıdıcı müxalifətin fəallaşdığı müşahidə edilir. Avropa Oyunları ərəfəsində də belə bir hal yaşanmaqdadır. Demək olarmı ki, bütün bunlar müxalifətə müəyyən qədər stumul verən xarici qüvvələrin göstərişidir?


- Azərbaycanın uğurları bir tək indi deyil, hər zaman düşmənləri qıcıqlandırıb. Həm xaricdəkiləri həm də, sapı özümüzdən olan baltaları. Odur ki, Avropa oyunları ərəfəsində də eyni adlı mənzərədən kimsə təəccüblənməməlidir. Çünki onların xisləti, mahiyyəti budur və ümumiyyətlə istedadı, perspektivi olmayan qüvvələrin qarşı tərəfin uğurlarını həzm etməməsi, edə bilməməsi yaşadığımız həyatın ən “doğal” qanunlarından biridir. Əli Kərimli və onun timsalında radikal qüvvələr heç şübhəsiz özləri də anlayır ki, bundan yüz il də sonra sahib olduqları məfkurə və ideologiya ilə hakimiyyətə gələ bilməzlər. Ona görə də əllərində olan tək imkandan, vasitədən, yəni könül bulandırmaqdan bəhrələnlər. Bunun üçün isə təbii, xaricdə məskunlaşan pozucu qüvvələr də öz naqis “tövhə”lərini və məqsədli dəstəyini verməmiş deyillər.


- Müxalifət anti-Azərbaycan baxışlı qüvvələrlə eyni mövqedən çıxış edərək, Bakıda keçiriləcək Avropa Oyunlarının boykot etmək çağırışı ilə çıxış edirlər. Ümumiyyətlə, bunu erməni dəyirmanına su tökmək kimi qiymətləndirmək nə qədər mümkündür?


- Bilirsiniz, məsələ də burasındadır ki, hazırda Azərbaycan əleyhinə səfərbər olan insanları anlamaq mümkün deyil. Ələlxüsus da öz içimizdə olanları. Dünən sosial şəbəkələrə nəzər yetirərkən də həmin o insanların fəaliyyəti fonunda maraqlı və təəssüfedici hisslər yaşadım. Təsəvvür edin, bu anti-milli ünsürlər “haştaq” yaradıblar. “Talanson” və “boykot” sərlövhəsi ilə. Özü də ağıllı və vətənpərvər obrazına girərək! Əgər belədirsə, həmin adamlardan soruşmaq lazımdır ki, sən elə bilirsən bu Olimpiya oyunları baş tutmasa, sadəcə iqtidar biabır olacaq? Sən elə zənn edirsən öz dövlətinin, millətinin uğurlarını top-tüfəngin qabağına verəndə, hansısa beynəlxalq səviyyəli dələduza dəstəkçi olub, “silləvuran” obrazına girəndə ağ günə çıxacaqsan? Yoxsa bu məmləkətin adınımı yüksəklərə qaldıracaqsan? Axı bu bir tək Azərbaycan iqtidarının deyil, bütünlükdə Azərbaycanın adına yazılan tədbirdir! Bunudamı anlamırsan?! Azərbaycanın hamımıza məxsus olduğunu, azərbaycanlı mənsubiyyətini hər birimizin daşıdığını necə, onudamı görməzdən keçirsən?!


- Sizcə, Milli Şura deyilən qurumun bu fəallıq fonunda martın 15-nə mitinq planlaşdırması hansısa digər məkirli məqsədlərdən xəbər vermir ki?


- Milli Şura deyə bir qurum yoxdur. O çoxdan bitib. Yerində isə Cəmil Həsənli və Əli Kərimlidən ibarət iki nəfərlik siluet qalıb. Amma bunlar həmin yöndəmsiz qurumun ətrafında elə ajiotaj yaradırlar, özlərinə elə cəhd gəlirlər sanki düyanın taleyini həll edəcək gücdədirlər. Əslində, Milli Şura təməldən fiaskoya uğramış təşkilatdır. Onların ilk lideri Rüstəm İbrahimbəyov nə qədər urvatsız idisə indiki varislər həmin urvatsızlığın yüz qatında, yüz mislindədirlər. Odur ki, 2-3 nəfərin təşkil etdiyi mitinq heç bir fövqəladə əhəmiyyət daşıya bilməz. Fəqət, bütün bu söylədiklərimə rəğmən aksiyanın bütün hallarda məkrli niyyətlər fonunda təşkil edildiyi də acı gerçəklikdir. Və ümumiyyətlə, Azərbaycan müxalifəti heç bir zaman keçirdiyi aksiyaları, mitinqləri vətəndaş mənafeyinə, insan hüquq və azadlıqlarına, millətin hansısa dərdinə həsr etməyib. Onları düşündürən ancaq öz maraqları və ambisiyaları olub. Bu səbəbdən, Azərbaycan xalqı dağıdıcı müxlaifəti heç bir zaman dəstəkləməyib, onları kandarda, qapı arxasında qoyub. Bu siyasi ünsürlərə öz yerini göstərib. Əmin olun ki, 15 mart mitinqi də eyniadlı “estafetin” davamı olacaq.


- Ehtimal olunur ki, müxalifət 15 mart mitinqində qarşıdurma yaratmaq, iğtişaşlar törətməyə cəhd edəcək. Sizcə, onların təxribatı baş tutacaqmı?


- Bütün dövrlərdə “təxribat” anlayışı Əli Kəimrli və onun dəstəsinin əsas iş prinsiplərindən olub. Radikal qüvvələr xaricdəki dəstəkçilərin diqqətini öz üzərlərinə hər zaman bu formada yönəldiblər. Eyni zamanda yazıq, məzlum, əzilmiş obraz yaradıb özləri üçün xal toplamağa, “hərif” tapdıqlarında isə bu vasitə ilə qrant, pul-para qoparmağa çalışıblar. Buna nə dərəcədə nail olublar –orasını deyə bilmərəm. Amma adamların öz mahiyyətlərini heç bir zaman dəyişmədiyi dəqiqdir. Əli Kərimli və AXCP üçün kişilik, kişi kimi mübarizə aparmaq adında anlayış keçərli deyil. Siyasətdə ən “axırıncı” variantlar nədirsə Kərimli onu sınaqdan keçirib. Bax ona görə bu gündədirlər. Ona görə Azərbaycan xalqı kvartalda ən az 5-6 dəfə onları bərk, səsli şapalağa qonaq edir.


Xəbər 877 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR