"ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımır"

"ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımır"

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağda keçiriləcək “parlament seçkiləri"ni qondarma hesab edir

Dağlıq Qarabağda keçiriləcək qondarma “seçkilər” davam edən sülh danışıqlarının gedişinə təsir göstərmir.

 

Bu barədə separatçı Dağlıq Qarabağ rejimi tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində mayın 3-nə qondarma “parlament seçkiləri”nin təyin edilməsi ilə bağlı APA-nın sorğusuna cavabında ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib.

 

Mətbuat xidmətindən qeyd ediblər ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağın müstəqilliyini tanımır: “Dağlıq Qarabağın hüquqi statusu beynəlxalq vasitəçiliyin mövzusu olaraq qalır. Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədri kimi davamlı və sülh yolu ilə həllə nail olmaq sahəsində tərəflərlə işləmək fikrinə sadiqdir”.


Xəbər 704 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR