Qulağını kəsib yedi, 7 il cəza aldı - Azərbaycanda

Qulağını kəsib yedi, 7 il cəza aldı - Azərbaycanda

Narkotik vasitələrin qanunsuz satışında təqsirləndirilən Hünər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən H. Cəfərov 7 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, Penitensiar Xidmətin yaydığı məlumata görə, Astara rayon sakini, 1982-ci il təvəllüdlü məhkum, indiyədək üç dəfə həbsxanada yatmış Hünər Abbasəli oğlu Cəfərov narkotik satışına və istifadəsinə görə həbs edilib. H.Cəfərov birinci dəfə fərariliyə, ikinci dəfə isə hərbi hissəni özbaşına tərk etdiyinə görə həbs edilib. Üçüncü dəfə isə narkotik maddə qaçaqmalçılığına görə cəza çəkib. H.Cəfərov dördüncü dəfə də narkotiklə tutulub. H.Cəfərov barəsində həbs-qətimkan tədbiri seçiləndən sonra apelyasiya şikayəti verib. Amma Apelyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. Məhkəmənin bu qərarından narazı qalan H.Cəfərov isə etiraz əlaməti olaraq və istintaqa və məhkəməyə təzyiq göstərmək məqsədilə öz qulağının bir hissəsini alışqanın metal hissəsi ilə kəsib və nümayişkaranə şəkildə yeyib.
 
Aktual.az
Xəbər 670 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR