Fevralın 1-də BAXCP sədri, Azərbaycan Respublikasının prezidentliyinə qeydə alınmış namizəd Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli Zaqatalada seçicilərlə görüşüblər.
Görüşdə Qüdrət Həsənquliyevin tərcümeyi-halı, keçdiyi yol, siyasi baxışları və seçki platforması ilə bağlı seçicilərə ətraflı məlumat verilib, BAXCP-nin qeydə alınmış prezidentliyə namizədinə etimad göstəriləcəyi təqdirdə həyata keçiriləcək islahatlardan danışılıb.
Xəbər 316 dəfə oxunub.