Qüdrət Həsənquliyevin Ordubad seçiciləri ilə görüşü

Qüdrət Həsənquliyevin Ordubad seçiciləri ilə görüşü

7 saylı Ordubad-Culfa seçki dairəsindən deputatlığa namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Ordubad rayonunda seçicilərlə görüş keçirib. 

Seçici fəallığının yüksək olduğu görüşdə Qüdrət Həsənquliyev millət vəkili kimi fəaliyyətdə olduğu dövrdə gördüyü işlərdən, seçki platformasının əsas istiqamətlərindən söz açıb.
BAXCP sədri rəhbərlik etdiyi partiya tərəfindən ictimaiyətə təqdim edilən Konstitusya islahatları layihəsi və digər sənədlər haqqında seçiciləri məlumatlandırıb.
Qüdrət Həsənquliyev BAXCP-nin bu ilin noyabr ayında Avropa Mühafizəkarlar və İslahatçılar Alyansına üzv qəbul ediləcəyini xatırladaraq bildirib ki, təmsil etdiyi partiya fəaliyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın milli maraqlarından çıxış edib. BAXCP sədri qeyd edib ki, partiyanın Avropanın nüfuzlu siyasi partiyalarının alyansında təmsil olunması Azərbaycan haqqında həqiqətlərin bu qurum çərçivəsində ifadə olunmasına geniş imkan yaradacaq. Görüşün sonunda Qüfrət Həsənquliyev seçicilərin suallarını cavablandırıb.

Xəbər 618 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR