ƏHD Partiyası sədrinin namizədliyinin qeydə alınması üçün tələb olunan sənədlər 36 saylı Xətai-Suraxanı Dairə Seçki Komissiyasına təqdim olunub
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyevin imzatoplama kampaniyası başa çatıb.
Bu barədə ƏHD Partiyasının Seçki Qərargahından verilən məlumatda bildirilir.
Məlumatda, həmçinin Qüdrət Həsənquliyevin namizədliyinin müdafiəsi üçün toplanılmış seçici imzalarının və Seçki Məcəlləsinə uyğun olaraq, tələb olunan digər sənədlərin bu gün 36 saylı Xətai-Suraxanı Dairə Seçki Komissiyasına təqdim oldunduğu qeyd olunur.
Xəbər 497 dəfə oxunub.