Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az saytına müsahibə verib.
Aktual.az müsahibəni olduğu kimi təqdim edir:
– Qüdrət bəy, Ermənistandakı Rusiyapərst qüvvələr, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh sazişi imzalayarsa, üsyan edəcəkləri barədə bəyanat imzalayıblar. Qarabağdakı seperatçılar da onlara qoşulub. Belə bir vəziyyətdə Paşinyan cəsarət edib sülh sazişi imzalaya bilərmi?
– Bu proseslərdə sülh sazişi imzalamaması üçün Paşinyanın özünün də iştirakı ola bilər. Paşinyan danışıqlarla bizə ümid verib başımızı qatmaqla hakimiyyətini davam etdirmək və Ermənistan üçün əlverişli geosiyasi vəziyyətin yaranacağı günü gözləyir. O, səmimi olaraq sülh istəyirsə tezliklə Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarının bərpa olunması istiqamətində Azərbaycanla ciddi əməkdaşlıq etməli, informasiya dəstəyi verməlidir ki, Azərbaycanın xüsusi xidmət orqanları Vardanyanı və digərlərini qulaqlayıb Xankəndindən Bakıya gətirsin. Müharibə caniləri Köçəryanı, Sarkisyanı, digərlərini ədalət mühakiməsi qarşısına çıxarılması üçün Azərbaycana təhvil verməlidir. Azərbaycan sülh sazişi imzalanana qədər Qarabağ üzərində dövlət suverenliyini bərpa etsə, bu Paşinyan və Ermənistanın xeyrinə olar. Paşinyan tezliklə sülh sazişi imzalamasa onu ya biabırcasına hakimiyyətdən qovub həbsə atacaqlar, ya da 1999-cü ilin oktyabrında parlamentdə baş nazir Vazgen Sarkisyan və spiker Stepan Dəmirçyanı güllələdikləri kimi onu da gəbərdəcəklər. Bundan sonra ya biz Qarabağdakı indiki status-kvonun qorunub saxlanması ilə barışmalı, ya da Rusiyanın açıq müdafiə etdiyi Ermənistanla yeni böyük qanlı savaşa girməli olacağıq. Ona görə severenliyimizi indi bərpa etməliyik.
– Rusiya imkan verərmi ki, biz suverenliyimizi bərpa edək? Onlar bölgədə hərbi iştiraklarını bu münaqişənin davam etməsində görürlər...
-Təəssüf ki, Rusiya münaqişənin birdəfəlik həllində maraqlı görsənmir. Biz Rusiya ilə yanaşı Türkiyə və türk dövlətləri ilə ciddi işləməliyik. Biz müttəfiqlərimizlə Rusiya qarşısında elə tələblər qoymalı və qarşılığında elə təkliflər verməliyik ki, Rusiyanı buna razı salaq. Rusiya ya səmimi tərəfdaş və müttəfiq kimi bizim Qarabağ üzərində suveren hüquqlarımızı tanımalı və sülhə töhfə verməli, ya da Azərbaycan və Türkəyini itirməlidir. Rusiyanın bölgədə varlığını bu münaqişəyə bağlamaq müdrik siyasət deyil. Biz Rusiya rəsmilərini buna inandırmalıyıq. Rusiya bizim təbii sərvətlərlə zəngin böyük qonşumuzdur, orada milyonlarla soydaşımız yaşayır, fermerlərimiz üçün böyük bazardır, gənclərmizin iş tapdığı ölkədir. Əvəzlənməsi çətin olan iqtisadi tərəfdaşımızdır. Bizi möhkəm tellərlə mədəni, humanitar əlaqər bağlayır. Belə olduğu halda biz hansı məntiqlə və ağılla Rusiyadan üz döndərməliyik.
Qarabağın azadlığı həm də Ərdoğanın bu məsələdə nə qədər prinsipial mövqe tutmasından asılı olacaq. Seçkidən dərhal sonra Azərbaycan qardaş Türkiyədən bu məsələdə ciddi əməli mövqe sərgiləməsini istəməlidir. Biz imkan verməməliyik ki, münaqişə bizi əl öpən, boynubükük "kiçik qardaşa” çevirsin. İşğala son qoymağın vaxtı çatıb.
– Azərbaycan Respublikası Prezidenti 25 mayda Moskvada Ali Avrasiya iqtisadi Şurasının iclasında iştirak edəcək. Azərbaycan Avrasiya İqyisadi İttifaqına üzv ola bilərmi?
-Rusiya Qarabağda Azərbaycanın suverenliyinin bərpasına mane olmasa mən bunu alqışlayardım. Biz Ümumdünya Ticarət Təşkilatına da üzv olmalıyıq. İndiki insan inkişafı indeksimizlə Avropa İttifaqına üzvülüyümüz qeyri real olduğundan yalnız bu cür təşkilatlara üzv olmaqla iqtisadiyyatımızı inkişaf etdirə və dövlət olaraq inkişaf edə bilərik. İqtisadi açılım yalnız daha inkişaf etmiş xalqlarla vahid qanunvericilik bazası və qanunların icrasına birgə nəzarət mexanizmlərinin yaradılması ilə mümkündür. Baxın Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza, ana dillərində yazıb-oxumaqdan məhrum ediliblər, hakim farslar hicaba etiraz etdikləri üçün aksiya iştirakçılarını küçədə güllələyir, insanları uşaqların belə gözü qarşısında asır.
Xəbər 471 dəfə oxunub.