Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən deputatlığa namizəd Qüdrət Həsənquliyev növbədənkənar parlament seçkilərində səs verib.
Aktual.az xəbər verir ki, ƏHD Partiyası mətbuat xidmətinin yaydığı məlumata görə, Qüdrət Həsənquliyev 7 saylı Səbail seçki dairəsinin 329 nömrəli orta məktəbdə yerləşən 38 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.
Xatırladaq ki, bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir.
Xəbər 610 dəfə oxunub.