Qüdrət Həsənquliyev: “Həmin vəsait batsa, necə olacaq?”

Qüdrət Həsənquliyev: “Həmin vəsait batsa, necə olacaq?”

Milli Məclisin iclasında "Sosial sığorta haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarıldı.

Aktual.az xəbər verir ki, layihədə dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi təklif olunur.

Çıxış edən deputat Qüdrət Həsənquliyev fərqli yanaşma sərgilədi.
 
O, bildirdi ki, dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılan quruma kommersiya fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti veririk. İnvestisiya qoymaq biznes fəaliyyətidir: "Bu, konstitusiyanın prinsipləri ilə ziddiyət təşkil edir. Sığorta fonduna toplanan vəsaitləri investisiya kimi qoyuruq. Burada biznes riski var. Həmin vəsait batsa, necə olacaq? Bu qanun layihəsinin müzakirəyə çıxarılması doğru deyil. Artıq vəsait investisiya kimi qoyulmalı deyil, yoxsul təbəqəyə verilməlidir”.(musavat)


Xəbər 13451 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR