Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) Azərbaycan Respublikasının Prezidentliyinə qeydə alınmış namizəd Qüdrət Həsənquliyev BAXCP-nin mənzil-qərargahında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürösunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri Ouen Mörfi, siyasi analitik Dominik Houel və missiyanın digər təmsilçiləri ilə görüşüb.
Görüşdə prezidentliyə namizəd Qüdrət Həsənquliyev missiya təmsilçilərinin imzatoplama və təbliğat-təşviqat kampaniyaları, eləcə də BAXCP-nin seçki platforması və digər məsələlərlə bağlı suallarını cavablandırıb.
Xəbər 552 dəfə oxunub.