Quba rayonunda dərəyə aşan mikroavtobusda yaralananların adları məlum olub
Quba Rayon Mərkəzi Xəstəxanasından "Report"a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır:
"Avtoqəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan dörd nəfər xəstəxanaya gətirilib. Onlardan birinə ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib. Digər üç yaralı - Quba rayon sakinləri, 1990-cı il təvəllüdlü Ürfan Ürfulla oğlu Həmidovun, 1989-cu il təvəllüdlü Eldar Sarıb oğlu Qədimovun və 1972-ci il təvəllüdlü Hürriyyət Rəhman qızı Teyyubovanın vəziyyətləri ağır olduğu üçün xəstəxananın Reanimasiya şöbəsinə yerləşdiriliblər".
Aktual.az
Xəbər 365 dəfə oxunub.