Qubada yeniyetmə qız özünü körpüdən atıb

Qubada yeniyetmə qız özünü körpüdən atıb

Quba rayonunda yeniyetmə qız özünü körpüdən ataraq intihar etmək istəyib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Möhüc kənd sakini, 2004-cü il təvəllüdlü F.M özünü Quba şəhərində yerləşən Qudyalçayın üzərindəki körpüdən atıb. Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb. Yaxınlıqda olan şəxslər onu Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
Həkimlərin səyi nəticəsində qız sağ qalıb. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 476 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR