Quba rayonu Qəçrəş kəndində yerləşən "Retro" istirahət mərkəzində çoxsaylı xəsarətlərlə qətlə yetirilən Könül Zalova ilə bağlı bəzi faktlar ortaya çıxıb.
Criminal.az xəbər verir ki, K. Zalovanın məşhur meyxanaçı Sadıxla əlaqələri olub.
Onun məşhur meyxanaçı ilə fotosunu əldə etmişik. Məsələ ilə bağlı meyxanaçı Sadıxla əlaqə qura bilməsək də, bu barədə öyrənməyə çalışırıq.
K.Zalovanın hansı səbəbdən və niyə öldürülməsi isə hələ də qaranlıq olaraq qalır. Onun bir azyaşlı övladının olduğu deyilir.
Xatrıladaq ki, qeyri-sağlam həyat tərzi sürən 1978-ci il təvəllüdlü Könül Zalova 1982-ci il təvəllüdlü Elməddin Əhmədov tərəfindən yanvarın 15-də qətlə yetirilib.
38 yaşlı qadını qətlə yetirən Elməddin Əhmədov isə onunla birgə istirahət mərkəzinə gəlib və qətli törətdikdən sonra hadisə yerindən uzaqlaşıb.
Araşdırmalar davam etdirilir.
// Aktual.az