Bu axşam 58 yaşlı Quba rayon sakini odlu silah yarası ilə Quba Mərkəzi Rayon Xəstəxanasının Təcili Tibbi Yardım Xidmətinə daxil olub.
Aktual.az Report-a istinadən məlumatına görə, Quba şəhəri General Əsədov, 68 ünvanında yaşayan 1958-ci il təvəllüdlü Nəcəfov Yaşar Seyfulla oğlu yaxınları tərəfindən yaşadığı ünvanda yaralı vəziyyətdə tapılıb.
Oğlu Murad Nəcəfov bildirib ki, hadisə zamanı evdə heç kim olmayıb.
Həkimərin bütün səylərinə baxmayaraq, ov tüfəngi ilə özünü vuran Yaşar Nəcəfovu xilas etmək mümkün olmayıb.
Quba Rayon Polis İdarəsində hadisə ile bağlı cinayət işi açılıb. Rayon Prokurorluğunun əməkdaşları hadisəni araşdırır.
Aktual.az