Qubada internat məktəbdə OLAY: şagirdi huşu gedənə qədər döydülər

Qubada internat məktəbdə OLAY: şagirdi huşu gedənə qədər döydülər

Rüfət Kəlbiyev adına Xınalıq kənd İnternat tam orta məktəbinin direktoru Yunis Dəmirov Publika.az-a açıqlamasında məktəbdə belə bir hadisənin yaşanmadığını dedi:

"Düzdür, Əfqan Əkbərov bizim kənd sakinidir. Onun bacısı uşaqları bizim internatda oxuyur. Məhəmməd İsmayılov da bizim internat məktəbinin şagirdidir. Lakin onlar arasında heç bir münaqişə yaşanmayıb. Əfqan Əkbərovun məktəbə icazəsiz daxil olub Məhəmmədin üzərinə hücum etməsi ilə bağlı yayılan xəbərlər yanlışdır. Mən bu məktəbə təzə təyin edilmişəm. Lakin onlar arasında bu vaxta qədər hər hansı münaqişənin olduğunu eşitməmişəm”.

***
Qubada dərs vaxtı məktəbə daxil olan şəxs şagirdi döyərək xəsarət yetirib.

Hadisə Quba rayon, Xınalıq kəndində, Rüfət Kəlbiyev adına Xınalıq kənd İnternat tam orta məktəbində baş verib.
Belə ki, kənd sakini Əkbərov Əfqan Elxan oğlu məktəbə gələrək, icazəsiz sinif otağına daxil olub və 17 yaşlı şagird Məhəmməd İsmayılovun üstünə qışqıraraq ayağa durmasını tələb edib. O, şagirdi təpiklə vurmaq istəyərkən, M.İsmayılov onun ayağından tutub və yerə yıxıb. Ə.Əkbərov ayağa duraraq Məhəmmədin boğazından yapışıb, boğmağa başlayıb. Bu zaman məktəbin direktoru Yusif Dəmirov içəri daxil olub. Məktəb direktoru M.İsmayılovu Ə.Əkbərovun əlimdən almaq istəsə də, gücü çatmayıb. Səs-küyə digər müəllimlər də gəlib, güclə Məhəmmədi Əfqanın əlidən ala biliblər.
Boğulma nəticəsində şagirdin vəziyyəti pisləşib və huşunu itirib.
Məhəmmədin valideynləri hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. (report)
 
Aktual.az
Xəbər 1011 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR