Quba rayonunda gənc qız damaralarını kəsərək intihara cəhd edib.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Vladimirovka kənd sakini, 1990-cı il təvəllüdlü E.N qolunun damarlarını kəsib.
Ağır xəsarət alan 29 yaşlı qız ailə üzvləri tərəfindən dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən gənc qız ilkin tibbi yardım göstərildikdən sonra cərahiyyə əməliyyatı edilib. Onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 428 dəfə oxunub.