Qubada atasını qətlə yetirən oğul 12 il azadlıqdan məhrum edildi - (FOTO)

Qubada atasını qətlə yetirən oğul 12 il azadlıqdan məhrum edildi - (FOTO)

Bakı Ağır Cinayətlər Məhkəməsində Sərxan Heydərovun (1993-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az xəbər verir ki, qətl ötən il noyabrın 10-da Quba şəhərində, H.Əliyev prospektundəki kafenin qarşısında baş verib. Belə ki, sərxoş vəziyyətdə olan Sərxan Heydərovla atası, 48 yaşlı Siyavuş Heydərova arasında əvvəl kafedə mübahisə yaranıb. Münasibətlərini aydınlaşdıran oğul-ata çölə çıxdıqda, Sərxon atasının boyun nahiyəsinə bıçaqla xəsarət yetirib və hadisə hadisə yerindən qaçıb. Təcili yardım işçiləri gələnədək zərərçəkən vəfat edib. Həmin gecə şübhəli şəxs Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib. 

Məhkəmə prosesində S.Heydərov ittiham üzrə özünü təqsirli bilib və ifadəsində əməlindən peşman olmasını göstərib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 12 il müddətinə azadlıqdan məhrum olunub.



Xəbər 748 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR