Qubada ayı vətəndaşa hücum edib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Cimi kəndində qeydə alınıb.
Ayı Quba rayonu, Cimi kənd sakini 1981-ci il təvəllüdlü Nərimanov Akif Əlisəfa oğluna hücum edərək müxtəlif bədən xəsarətləri yetirib.
Yaralı Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir.
Xəbər 401 dəfə oxunub.