Quba İH: Yanğın Şabran rayonunda başlayıb

Quba İH: Yanğın Şabran rayonunda başlayıb

Quba və Şabran rayonlarında baş vermiş yanğın hadisəsi müvafiq dövlət qurumlarının nəzarəti altındadır.

Bunu Trend-ə Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xanlar Heybətov bildirib. Onun sözlərinə görə, yanğın bu gün səhər saatlarında başlayıb:
"Yanğın səhər saat 08 radələrində Şabran rayonunda başlayıb, daha sonra Quba ərazisinə keçib. Hazırda icra və bələdiyyə nümayəndələri, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədirlər".
İcra Hakimiyyəti rəsmisi bildirib ki, yanan meşəlik ərazi deyil:
"Yanğın bələdiyyənin kol-kos sahəsində qaratikan adlanan ağacların çox olduğu yerdə qeydə alınıb. Həmin ərazi keçilməz yer olduğundan yanğınsöndürmə işləri vaxt aparacaq. Xoşbəxtlikdən xəsarət alan olmayıb".
Xəbər 577 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR