Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi qarşıdan gələn İran–ABŞ danışıqlarında iştirak edə bilər.
Aktual.az xəbər verir ki, bu barədə İSNA diplomatik mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, Rafael Qrossinin fevralın 26-da Cenevrədə keçiriləcək dolayı danışıqların üçüncü raunduna qatılacağı ehtimal olunur.
Xəbər 47 dəfə oxunub.