"Qriplə xəstələnmə səviyyəsi yüksəkdir" - Nazirlik


“Qış mövsümü olduğuna görə hər il olduğu kimi, istər-istəməz qriplə xəstələnmə səviyyəsi ümumi vəziyyətdən bir qədər yüksəkdir”.


Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Sanitar-epidemioloji xidmət sektorunun müdiri Viktor Qasımov deyib.

Onun sözlərinə görə, artıq bir müddətdir ölkədə epidemioloji vəziyyət stabildir: “Vəziyyəti nəzarətdə saxlayırıq”.

V. Qasımov qeyd edib ki, gündəlik olaraq monitorinq işləri aparılır.

Sektor müdiri onu da qeyd edib ki, Azərbaycanda “donuz qripi” aşkarlanmayıb.

Xəbər 376 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR