Soyuq aylarda bir sıra infeksion xəstəliklər, o cümlədən də qrip geniş yayılsa da, insanlar buna ciddi əhəmiyyət vermirlər.
Məsələn, hazırda Yexlaxda qripə yoluxan insanlara rast gəlinir. Lakin mövsümü xəstəliklərlə əlaqədar Yevlax Şəhər Mərkəzi Xəstəxanasına müraciət edən yoxdur.
Aktual.az El TV-yə (Region TV) istinadən xəbər verir ki, vətəndaşlar müalicə tədbirlərini özlərinin həyata keçirdiklərini deyirlər. "Qrip elə yüksək dərəcədə deyil ki, müalicə eliyəm. Olanda da aptekdən dərman alırıq özümüzü qoruyuruq da" deyə şəhər sakini bildiriblər. Sakinlər qripdən müalicə olunmaq üçün soğan, sarımsaq, antibiotik tərkibli göyərtilərdən, ədviyyatlardan istifadə etməyi tövsiyə edirlər. Həkimlər isə bildirirlər ki, vaxtında müalicə olunmayanda mövsümü xəstəliklər xroniki hal alır. Bu da orqanizmdə ciddi fəsadlar yaradır. Belə halların baş verməməsi üçün isə həkimə müraciət etmək lazımdır. Həkimlər mövsümü xəstəliklərə tutulmamaq üçün bir sıra qoruyucu tədbirlər görməyi də məsləhət görürlər.
"İnfeksiyadan qorunmaq məqsədi ilə xüsusi maskalardan istifadə eləmək olar. Dizinfeksiyaedici məhlullardan, xloramin məhluludur, spirtdi, bunlardan istifadə eləmək olar. İnsan mümkün qədər çalışıb açıq havada olmalıdır", - deyə həkim Sevda Nuriyeva bildirib. Qeyd edək ki, son günlər müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar qripə yoluxan insanların sayı çoxalıb.