Pasientlərdə xroniki xəstəliklər var idi.
“H1N1” virusuna yoluxmanın ağırlaşmasının daha bir qurbanı Acariya sakini 37 yaşlı qadın olub.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Acar Muxtar Respublikasının istimai səhiyyə mərkəzinin mətbuat xidmətinin əməkdaşı bildirib.
Beləliklə də 2016-cı ilin əvvəlindən qripin ağırlaşması nəticəsində Gürcüstanda on üç nəfər ölüb, onlardan on ikisi “H1N1” virusuna, bir nəfəri isə H3N2 virusuna yoluxub.
Bütün bu hallarda pasientlərin xroniki xəstəlikləri olub, bu xəstəliklər qrip nəticəsində ağırlaşıb, bəzi hallarda isə ölümə səbəb həkimə gec müraciət etmək olub.