“Sonsuzluğun müalicəsində müasir texnologiyaların rolu” adlı 1-ci Beynəlxalq Elmi-praktiki konfransda çıxış edən millət vəkili Q.Paşayeva: sonsuzluğun artması bizi ciddi narahat etməlidir deyib.
Əvvəllər sonsuzluq daha çox qadınlarda qeydə alınırdısa, hazırda kişilərdə də sözügedən problem aktuallıq təşkil edir. Bunu Bakıda keçirilən “Sonsuzluğun müalicəsində müasir texnologiyaların rolu” 1-ci Beynəlxalq elmi konfransında çıxış edən millət vəkili Qənirə Paşayeva deyib. Çoxlu sayda həkimlərin iştirakı ilə Azərbaycanda ilk dəfə olaraq keçirilən “Sonsuzluğun müalicəsində müasir texnologiyaların rolu” (Yardımçı reproduktiv texnologiyalar) mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxış edən millət vəkili Q. Paşayeva bu cür tədbirlərin önəmindən danışıb və təşkilatçıları təbrik edib. Bütün dünyada olduğu kimi Azərbaycanda da sonsuzluğun artması, bü səbəbdən boşanan ailələrin artması, qadın sonsuzluğu ilə bərabər kişi sonsuzluğunun da artması barədə danışan millət vəkili Qənirə Paşayeva bu halların ciddi narahatlıq doğurduğunu bildirib və reproduktiv sağlamlıq haqqında qanunun qəbul edilməsinin önəmindən danışıb və kəndlərdə, rayonlarda qadınlarla görüş və söhbətlər zamanı bunun nə qədər önəmli olduğunu görürük deyib.İnanıram ki, bu qanun yaxın zamanlarda qəbul ediləcək deyən millət vəkili Qənirə Paşayeva sonsuzluqdan əziyyət çəkən ailələrə 10 il ərzində övladları olmadığı halda bir dəfə süni mayalanma əməliyyatının dövlətin maliyyə dəstəyi ilə aparılması haqqında qanun layihəsində öz əksini tapan məsələnin önəmini xüsusi vurğulayaraq əslində mənim firkimcə bu müddəti reallığa baxaraq 6 ilə endirmək daha daha yaxşı olar deyib və bu mövzunun yeni tərkibli parlamentin diqqətində olacağına inandığını deyib. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında səhiyyə sahədində də çoxlu sayda işlər görüldüyünü deyən millət vəkili Qənirə Paşayeva reproduktiv sağlamlıq bu gün ən önəmli məsələlərdən biridir deyib və bu istiqamətdə işlərin genişlənməsindən məmnun olduğunu bildirib. Millət vəkili müasir texnologiyaların imkanlarından yararlanan peşəkar mütəxəssislərimizin də daha da artmasına böyük ehtiyac olduğunu deyib. O, ginekoloqlara üzünü tutaraq anaların və doğulan uşaqların sağlam olmasında sizin böyük rolunuz var və demək cəmiyyətin gələcəyində sizin də üzərinizə böyük vəzifələr düşür və biz hamımız çalışmalıyıq ki, doğulan uşaqlarımız sağlam doğulsun deyib və bu cür konfransların dünyanın qabaqcıl təcrübələrinin öyrənilməsi, dünyada tanınan mütəxəssislərin öz təcrübələrini azərbaycanlı həkimlərlə paylaşması baxımından da önəmli olduğunu deyərək gələcəkdə də bölgədə çalışan ginekoloqların iştirakı ilə bu cür konfransların davam edəcəyinə ümidvar olduğunu bildirib. Q.Paşayeva sonsuzluğun müalicəsində müasir texnologiyaların vacibliyini vurğulayaraq qeyd edib ki, Azərbaycana həm də bu sahədə də təcrübəli kadrların artması lazımdır: “Bir çox hallarda sonsuzluq məsələsini həll etmək üçün xaricə yollanırlar. Xaricdə müalicə isə ailələrə maddi cəhətdən sərf etmir. Çox istərdik ki, müasir texnologiyalarla yanaşı, ondan yüksək səviyyədə istiqafə edən çox savadlı və bilikli həkimlərimiz də sayı daha da artsın. Bunun üçün də mən bu cür konfransları çox vacib sayıram. Belə tədbirlər nə qədər çox keçirilərsə, bu sahədə də xeyli öyrəndiklərimiz, irəliləyiş olar”.