Qorxuram ki, ABŞ-ın sülh prosesinə marağı itsin - Zelenski

Qorxuram ki, ABŞ-ın sülh prosesinə marağı itsin - Zelenski
  • DÜNYA

İrlandiyaya səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Ukrayna ilə bağlı sülh prosesinə marağını itirə biləcəyindən qorxduğunu etiraf edib.
Aktual.az xəbər verir ki, bu barədə "Skay Nyus”un məlumatında deyilir.
Belə ki, Zelenskidən ABŞ-ın sülh prosesinə marağını itirməsindən narahat olub-olmadığı soruşulduqda, o, "Bəli, qorxuram. Müttəfiqlərimizdən biri yorulursa, qorxuram" cavabını verib.
O, əlavə edib ki, Rusiyanın məqsədi Amerikanın diqqətini bu vəziyyətdən yayındırmaqdır.
Xəbər 56 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR