Qonşusunun əmlakına qənim kəsilən şəxs tutuldu -FOTO

Qonşusunun əmlakına qənim kəsilən şəxs tutuldu   -FOTO

Astarada qonşusunun əmlakına qənim kəsilən şəxs ifşa olunub.

Aktual.az xəbər verir ki, bu barədə məlumatı APA-ya Astara Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Elvin Əzimzadə verib. Onun sözlərinə görə, rayonun Şahağacı kənd sakini, 1981-ci il təvəllüdlü Vüqar Süleymanov müxtəlif vaxtlarda həmkəndlisi Gülşən Əhədovanın fərdi yaşayış evindən və həyətyanı sahəsindən oğurluq etməkdə şübhəli bilinərək yaxalanıb. 

İlkiin araşdırmalardan məlum olub ki, saxlanılan şəxs əvvəlcə həmkəndlisinin həyətindəki xeyli sayda ev quşuna tamah salaraq onları oğurlayıb. Cinayətinin cəzasız qalacağını düşünən Vüqar Süleymanov növbəti dəfə Gülşən Əhədovanın mənzilinə soxularaq oradan 2 ədəd balıqçı torunu, bir müddət sonra balıq ovu üçün istifadə olunan digər avadanlıqları və xüsusi kombinezonu götürərək mənimsəyib.

Əvvəllər iki dəfə məhkumluq həyatı yaşamış Vüqar Süleymanov istintaqa verdiyi ifadəsində törətdiyi əməlindən peşiman olduğunu etiraf edib.

Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Aktual.az

Xəbər 522 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR