Qonşusunun boğazını kəsənə 10 İL HƏBS

Qonşusunun boğazını kəsənə   10 İL HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirli bilinən Bərxudar Yusifovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə B. Yusifov 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, qətl keçən il dekabr ayında Binəqədi rayon ərazisində olan "Gəncə" kafesinin qarşısında baş verib.

Rayon sakini, 55 yaşlı Bərxudar Çərkəz oğlu Yusifov aralarında yaranmış mübahisə zəminində qonşusu, 33 yaşlı Nurlan Vaqif oğlu Ağayevi boyun nahiyəsindən bıçaqla vurub. Nəticədə arteriyası kəsilən N. Ağayev çoxlu qan itirərək hadisə yerindəcə dünyasını dəyişib.  

Polisdən həmçinin bildirilib ki, adıçəkilən şəxslər hadisə baş verən zaman sərxoş vəziyyətdə olublar.

Hadisəni törədən B. Yusifov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Aktual.az

Xəbər 607 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR