İyunun 6-da saat 1 radələrində Zabrat qəsəbəsində yaşayan Rəşid Qasımovun evinə gəlmiş şəxs ona bıçaqla çoxsaylı xəsarətlər yetirib. Cinayətkar hadisə yerini tərk edib, ev sahibi isə hadisə yerində ölüb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.
İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini C.Babaşov müəyyən edilib.
C.Babaşov polis əməkdaşları tərəfindən Bərdə rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb.
Xəbər 549 dəfə oxunub.