Şamaxıda qətl hadisəsi baş verib.
Aktual.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 10-da Şamaxıda yaşayan Şahlar Mürşüdov evində münaqişə zəminində Ağsu sakini, qohumu İlkin Novruzova bıçaqla xəsarət yetirib.
O, “Mercedes” markalı avtomobildə hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən İ.Novruzov orada ölüb.
Görülmüş tədbirlərlə Ş.Mürşüdov BDYPİ-nin Qaradağ rayonu ərazisindəki stasionar postunda saxlanılıb və RPŞ-yə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.