Qohum qohumu güllələdi - Salyanda

Qohum qohumu güllələdi   - Salyanda

Salyanda qohumun ehtiyyatsızlığı güllələnməyə səbəb olub. 

Aktual.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, hadisə rayonun Ərəbqardaşbəyli kəndində qeydə alınıb.

Rayon sakini Ağa Ağalarov odlu silah olan ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşlə qohumu, Salyan şəhər sakini Elşən Rəhbər oğlu Əsədova xəsarət yetirib. 

Yaralı dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxandan bildirdilər ki, yaralı sağ ayağının bud nahiyəsindən güllə yarası almış vəziyyətdə xəstəxanaya gətirilib və hazırda reanimasiya şöbəsindədir, vəziyyəti stabildir.

Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı Salyan Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir neçə ay əvvəl də oxşar hadisə Tovuzda baş verib. Rayonun Hacıallı kəndində qeydə alınan hadisə zamanı kənd sakini, 1999-cu il təvəllüdlü Səxavət Əhmədovla qonşusu 1954-cü il təvəllüdlü Şahvələd Ələsgərov mal-qaranın əkin sahələrinə keçməsi üstündə mübahisə ediblər.

Daha sonra mübahisə qızışıb və davaya çevrilib. Elə bu zaman 61 yaşlı Şahvələd Ələsgərov ov tüfəngindən ehtiyyatsızlıq nəticəsində atəş açaraq 17 yaşlı gənci yaralayıb. 

Aktual.az

Xəbər 533 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR