Xorvatiyanın Daruvar şəhərində bir nəfər qocalar evinə atəş açıb, nəticədə beş nəfər ölüb.
Aktual.az xəbər verir ki, bu barədə Xorvatiya Radio və Televiziyası məlumat yayıb.
"Rəsmi olaraq təsdiqlənməmiş məlumata görə, bir nəfər qocalar və əlillər evinə girərək insanlara atəş açmağa başlayıb, beş nəfər yerindəcə ölüb, qalanlarına tibbi yardım göstərilir", - məlumatda bildirilib.
Yerli media hücumçunun artıq saxlanıldığını iddia edib. Xorvatiya Daxili İşlər Nazirliyi hələlik rəsmi açıqlama verməyib.
Xəbər 240 dəfə oxunub.