Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Kamran Əlicanovun (1977-ci il təv.) CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmə prosesi başa çatıb.
Aktual.az xəbər verir ki, ötən il iyulun 19-da Qobu qəsəbəsində yaşayan 39 yaşlı Kamran Əlicanov qardaşı Qılmanı bıçaqlayıb. Zərərçəkən xəstəxanaya çatdırılıb və həyatı xilas edilib. Həmin gün onu Abşeron RPİ-nin əməkdaşları saxlayıblar.
İş üzrə dindirilən Kamran Əlicanov bildirib ki, 20 il məhkumluq həyatı yaşamış qardaşı Qılmanla küsülü olub. 2 gün əvvəl məhəllələrində yaşayan qonşusu ilə mübahisəsi düşüb. Buna baxmayaraq dalaşdığı adamın Qılmanla birlikdə hadisə günü onun qapısının qarşısında oturduğunu görüb: "Qonşuya dedim ki, utanmırsan, yekə cayılsan. Söydüyün bəs deyil, gəlib qapımda oturmusan. Bu kəlməmə görə qardaşım coşdu, dedi ki, əcəb edir. Qonşunu müdafiə etməyə başladı, doğma anam şahiddir".
Qılman beli götürərək Kamranın üstünə gəlib, buna görə sonuncu özünü müdafiə etmək üçün bıçağa əl atıb:"Bıçağı çıxartdım ki, özümü qoruyum. Narkoman olub, bıçaq girdi ona".
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Xəbər 625 dəfə oxunub.