QMİ ümrə ziyarətlərinin dayandırılması ilə bağlı açıqlama verdi

QMİ ümrə ziyarətlərinin dayandırılması ilə bağlı açıqlama verdi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) koronavirus təhlükəsini nəzərə alaraq ümrə ziyarətlərinin müvəqqəti olaraq dayandırılmasına münasibət bildirib.

QMİ-dən Aktual.az-a verilən məlumata görə, Səudiyyə Ərəbistanı Krallığı dünyada yayılmağa davam edən koronavirus təhlükəsini nəzərə alaraq ümrə ziyarətlərini müvəqqəti olaraq dayandırıb:
"Qərarla əlaqədar Qafqaz Müsəlmanları İdarəsini Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri şəxsən məlumatlandırıb. Qafqaz Müsəlmanları İdarəsi məsələyə münasibət bildirərək, ilk növbədə, zəvvarların sağlamlığını nəzərə alan həmin qərarı bəyəndiyini və tam dəstəklədiyini bəyan edib".
Xəbər 421 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR