QMİ "Müsəlman birliyi hərəkatı" adlı quruma görə məsuliyyət daşımır

QMİ

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) "Müsəlman birliyi hərəkatı" adlanan təşkilata görə məsuliyyət daşımır. Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu İdarənin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.

Onun sözlərinə görə, sözügedən təşkilatın üzvləri din xadimi və ya dini icma üzvü kimi nəzərdən keçirilə bilməz: "Çünki bu qurum ictimai hərəkat kimi təsis olunub, yəni dini qurum və icma deyil".

R.Dadaşova bildirib ki, İdarənin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə səfərdə olmasına baxmayaraq, ötən gecə Sabunçuda baş vermiş hadisə barədə məlumatlandırılıb.

Qeyd edək ki, ötən gecə Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində dindarların aksiyası keçirilib. "Müsəlman birliyi hərəkatı" adlanan qurumun idarə heyətinin sədr müavini kimi təqdim olunan Elçin Qasımovun polis tərəfindən saxlanılmasına etiraz edən dindarlar Sabunçu rayon Polis İdarəsinin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına yığışıb. E.Qasımovun azad olunmasını tələb edənlərin bir neçəsi polis tərəfindən saxlanılıb.

Aktual.az

Xəbər 727 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR