Qlobal nasazlığın Bakı Aeroportunun fəaliyyətinə təsiri...

Qlobal nasazlığın Bakı Aeroportunun fəaliyyətinə təsiri...

Vindovs-10 (Windows 10) əməliyyat sistemi ilə işləyən cihazlarda baş verən qlobal nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətinə təsir göstərməyib.
Bu barədə Aktual.az-a Bakı Aeroportundan məlumat verilib.
Bildirilib ki, Bakı aeroportunun əməliyyatları "Amadeus" sistemi üzərindən həyata keçirilir ki, bu da hazırda aeroportun fasiləsiz fəaliyyətini təmin edir.
Qeyd edək ki, yaranan nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuşlar həyata keçirən əksər aviaşirkətlərin işinə də təsir göstərməyib. Bununla belə, yaranan problem "Flynas” aviaşirkətinin Ər-Riyad-Bakı-Ər-Riyad marşrutu üzrə uçuşunu ləğv etməsinə səbəb olub.
Xəbər 338 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR