İran yığmasının qapıçısı Soşa Makani həbs edilib.
Aktual.az Apasport.az -a istinadən xəbər verir ki, buna səbəb onun sosial şəbəkədə şəkil paylaşması olub.
Belə ki, 29 yaşlı qolkiper İran qanunlarına uyğun geyinməyən qadınlarla şəkil çəkdirib və daha sonra bunu paylaşıb. Makanidən şikayət edən şəxs ərizəsini geri götürsə də, futbolçu cəmiyyət içində əxlaqsızlığın yayılmasına səbəb ola biləcək fotolar paylaşdığı üçün həbsdə saxlanılıb.
“Persepolis”in oyunçusunun vəkili onun internet hesabının xakerlər tərəfindən ələ keçirildiyini və şəkillərin Makanidən xəbərsiz yayıldığını iddia edib. Həmin şəkillərdə İran millisinin qapıçısının 3 qadınla yan-yana dayandığı və onlarla əl-ələ tutduğu görülür. Qadınlardan birinin futbolçunun nişanlısı olduğu bildirilir.