Qızlarını oğlanla görüşməsin deyə 25 il bir otağa həbs etdilər - QANDONDURAN OLAY (FOTO)

Qızlarını oğlanla görüşməsin deyə 25 il bir otağa həbs etdilər - QANDONDURAN OLAY (FOTO)

1901-ci ildə Fransanın Puatye şəhərinin polis idarəsinə naməlum məktub gəlir. Məktubda şəhərin ən hörmətli ailəsi Monye cütlüyünün evində 25 ildir ki, bədheybət yaşadığı bildirilirdi.

Publika.az xəbər verir ki, istintaq qrupu Monye ailəsinin evinə gedib, sirli otağın qapısını açanda, gözlərinə inana bilmirlər. Zülmət qaranlıq otaqda insanabənzər qəribə canlını güclə sezmək olurdu.
Qaranlığa bürünmüş bu otaqdan üfunət qoxusu gəlirdi. Otağın hər küncü zibil və nəcislə dolmuşdu. Kifli qida qalıqları, sınıq-salxaq çarpayı və otağın küncündə büzüşüb oturmuş qadın. Onu ilk baxışdan qadına bənzətmək mümkün deyildi. O qədər arıqlamışdı ki, dərisi sümüklərinə yapışmışdı. 25 il öncə bütün kişiləri öz casibəsi ilə ovsunlayan bu sarışın qadından əsər-əlamət qalmamışdı.


Onun bərkiyib, üzünə yapışmış saçları, illərdir kəsilməyən daşlaşmış dırnaqları və gözlərindəki qorxu hissi insanı dəhşətə gətirirdi.
Qadın ən çox gün işığından qorxurdu. Çünki həyatının düz 25 ilini qaranlıq otaqda keçirmişdi.
İstintaq əməkdaşları bu bədheybətin keçmişini araşdırmağa başladılar. Məlum oldu ki, onun adı Blanş Monyedir. 25 ildir ki, valideynləri onu bu həyata məhkum ediblər.
Səbəb isə, çox kədərlidir. Blanş gənclik illərində çox gözəl xanım olub. O, respublikaçı bir vəkillə eşq macərası yaşayıb. Monarxiya sistemini dəstəkləyən əsilzadə ailə öz qızlarının bu adamla ailə qurmağına razı ola bilməzdilər.


Valideynlərinin sərt qadağasını əhəmiyyət verməyən Blanş sevgilisindən ayrımağı ağlına belə gətirmirdi. Hətta belə bir əhvalat var ki, gənc xanım respublikaçı məşuqundan övlad dünyaya gətirmişdi. Bu körpənin taleyi haqda isə, məlumata rast gəlinmir. Bəziləri onun doğulan kimi öldüyünü, bir çoxları isə, taleyin ümidinə buraxıldığını iddia edirlər.
Bu hadisədə əsas mübahisə mövzusu ailənin və Blanşın psixoloji durumu idi. Qonşuların dediyinə görə, gənc xanım bəzən dəlilik həddinə çatıb, gah huşunu itirir, gah da çılpaq halda evin pəncərəsinə çıxıb, qışqırarmış. Bu isə Monye ailəsinin cəmiyyətdəki qüsursuz reputasiyasına xələl gətirdi. Ailə bu utanca tab gətirə bilmirdi.
Günlərin bir günü Blanş yenə çılğınlıq edir. Anası öz həyat yoldaşına əmr edir ki, otağın pəncərələrini qalın dəmirlə tam bağlasın. Öncə Blanş valideynlərinin hərəkətini tam sakit qarşıladı. O ən doğma insanlarının bu qədər qəddar davranacağını ağlına belə gətirə bilməzdi.
İlk günlər Blanşın qeydinə onu böyüdən xidmətçisi Fazi qalırdı. Atası Blanşı sevirdi və onu bu qaranlıqdan çıxartmağa cəhd edirdi. Lakin qəddar ananın qərarı dəyişmirdi. Bir neçə ildən sonra Blanşın atası, ardınca isə xidmətçi Fazi dünyasını dəyişir. Blanşa xidmət etmək üçün evə iki xidmətçi dəvət olunur. Lakin hər ikisi işi yarımçıq qoyub, Monye ailəsinin malikanəsindən qaçırlar.


Blanş Monyenin 25 il dözdüyü məşəqqətdə qardaşı Marsel günahlandırılaraq, 15 ay azadlıqdan məhrum edildi. Marsel, şəhər məhkəməsinə apelyasiya məktubu yazıb, qərarı dəyişməklərini tələb edirdi: "Mən özüm də, ruhi xəstəyəm. Bacımla necə davrandığımı dərk etmirdim”.
Bundan sonra Marsel öz cəzasını çəkmədən, şəhər qanunvericiliyi tərəfindən əfv olunur.
Blanşın sonrakı taleyi daha da faciəli idi. Onun çəkisi həkimləri heyrətə gətirirdi. Cəmi 24 kq olan bu qadın həyatda qalmağı bacarsa da, ömrünün son illərini psixiatrik xəstəxanada keçirdi. Bədbəxt qadının sevgilisi isə, onun azadlığa çıxmağına 15 il qalmış dünyasını dəyişmişdi.
 
Aktual.az
Xəbər 478 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR