Qızla tanış olmaq üçün cinayətə əl atdı

Qızla tanış olmaq üçün cinayətə əl atdı

Bakıda oğlan qızla tanış olmaq üçün qeyri-adi üsula əl atıb.

Aktual.az qafqazinfo-ya istinadən bildirir ki, o, qıza bıçaqla hədə-qorxu gələrək telefon nömrəsini istəyib.

Bakı sakini, 1990-cı il təvəllüdlü Sona Məmmədova polisə şikayət edərək bildirib ki, Xətai rayonu ərazisində tanımadığı oğlan tanış olmaq məqsədi ilə bıçaqla hədə-qorxu gələrək ondan mobil teıefonunun nömrəsini alıb.

Əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxs müəyyən olunub. Bakı sakini, 1991-ci il təvəllüdlü Kənan Həbibli saxlanılıb. Onun ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Xəbər 419 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR