"Anam həddən artıq sərt idi, hər şeyi qayda-qanunla edirdi, başqa insan idi. Anam məni vururdu da. Onun qayda-qanunundan bir az kənara çıxdınsa...”
Aktual.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli "Özəl” verilişində deyib.
Aktrisanın sözlərinə görə, onun qızını vurmağa əli gəlməyib: "Onu pambıq içində saxladım, buna da peşmanam. Bir az azadlıq vermək lazımdır. Qızım məktəbə də mənlə gedib gəlirdi. Mağazadan, həyətdən xəbəri olmadı. Buna görə də peşmanam”.
Xəbər 884 dəfə oxunub.