"Barselona"nın üç futbolçusu fərdi mükafata layiq görülüb.
Aktual.az qol.az-a istinadən xəbər verir ki, Luis Suares klublararası dünya çempionatının ən yaxşı oyunçusu seçilib. Ona "Qızıl top" verilib.
Lionel Messi "Gümüş top", Andres İnyesta "Bürünc top"a layiq görülüb.
Qeyd edək ki, L.Suares klublararası dünya çempionatında oynadığı iki matçda 5 qol vurub.