2015-ci ildə “Qızıl top”u qazanmaq şansı olan futbolçuların siyahısı 23-ə endirilib
Aktual.az-ın FİFA-nın rəsmi saytına istinadən məlumatına görə, 59 nəfərlik siyahıdan 36 futbolçu çıxarılıb. Luka Modriç, Serxio Ramos, Karlos Tevez, Dieqo Kosta, Tibo Kurtua, Ueyn Runi, David de Xea, Antuan Qrizmann və Filipp Koutinyo kimi ulduz futbolçular kənarda qalıblar.
Siyahıda ən çox futbolçu ilə “Barselona” təmsil olunur. Katalonlar 6 futbolçu ilə üstünlük təşkil edir. Digər İspaniya nəhəngi “Real” və Almaniya çempionu “Bavariya”nın 5 oyunçusunun adı siyahıda var. Həmçinin “Mançester Siti”nin də 3 futbolçusu şansını qoruyur.
“23-lük” belədi: Xavyer Maskerano, Andres İnyesta, Lionel Messi, Neymar, İvan Rakitiç, Luis Suares (hamısı "Barselona"), Qaret Beyl, Kərim Benzema, Toni Kroos, Hames Rodriges, Kriştianu Ronaldo (hamısı "Real"), Arturo Vidal, Aryen Robben, Robert Levandovski, Tomas Müller, Manuel Noyer (hamısı "Bavariya"), Yaya Ture, Serxio Aquero, Kevin de Bruyne ("hamısı "Mançester Siti”), Pol Poqba (“Yuventus”), Aleksis Sançes ("Arsenal"), Eden Hazard ("Çelsi"), Zlatan İbrahimoviç (PSJ).
Qeyd edək ki, dünyanın ən güclüsü yanvar ayında bəlli olacaq.
Ölkə.Az