Rus ordusu itki verdi 500 ölü

Rus ordusu itki verdi     500 ölü

Rusiya Ordusunun təxminən 500 hərbçisi Ukraynanın şərqində öldürülüb. 


Bu barədə ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland senatda dinləmələr zamanı bildirib.


Bildirilir ki, senator Nulanda Ukraynanın şərqində nə qədər Rusiya əsgərinin həlak olması barədə sual verib.


Nulandın sözlərinə görə, bu barədə rəqəmləri dəqiq demək çox çətindir: "Çünki Rusiya tərəfi bunu ciddi şəkildə gizlədir. Lakin bizim müşahidələrimizə görə, ölən rus əsgərlərinin sayı yüzlərlədir. Təxminən 400-500 rus əsgəri həlak olub".


Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Rusiya ordsunun əsgərlərinin Ukraynanın şərqində döyüşdüyü barədə yayılan xəbərləri təkzib edir.


Rusiya MN həmin xəbərləri belə şərh edib: "ABŞ qəhvə ilə fala baxır". (ANS PRESS)

Xəbər 589 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR