Kolumbiyanın Kaldas departamentində qızıl mədəninin çökməsi nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Xəbərə görə, daha 9 nəfər itkin düşmüş hesab edilir.
Axtarış əməliyyatına 100-ə yaxın xilasedici cəlb olunub. Lakin mütəxəssislərin fikrincə, sağ qalmış insanları tapmaq ehtimalı olduqca azdır.
Qeyd edək ki, mayın 14-də Kaldas departamentində qızıl mədənlərindən birinin çökməsi nəticəsində azı 15 nəfərin yerin altında qalması barədə məlumat yayılmışdı. İlkin ehtimala görə, mədən su basma nəticəsində çöküb. (APA)
Aktual.az