Bakıda cavan qızın küçənin ortasında qətlə yetirilməsinin təfərrüatı məlum olub.
Aktual.az criminal.az-a istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, bu gün saat 09:30-da metronun "Qara Qarayev" stansiyası yaxınlığında gənc qızı öldürən oğlan ağır cinayət törətməsinin səbəbini açıqlayıb. Bildirib ki, həmin qızı sevirmiş, lakin ailəsi onların evlənməsinə imkan verməyib. Qızın ailəsinin ''yox'' cavabına görə qızı öldürüb.
Xətai rayonu ərazisində mağazalardan birində işləyən qıza bir neçə bıçaq zərbəsi vurulub. Onu öldürən oğlan isə neft şirkətində işləyir.
Hələlik qətlə yetirilən xanımın, eyni zamanda qatilin adı açıqlanmır. Hazırda meyit müayinə üçün məhkəmə ekspertizasına göndərilib.