Qız üstündə adam öldürdü - 16 il HƏBS

Qız üstündə adam öldürdü - 16 il HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Kamran Həsənzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə K.Həsənzadə 16 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il iyun ayının 29-da Bakının Nərimanov rayonunda 1991-ci il təvəllüdlü Kamran Həsənzadə yaşadıqları binaya gələrək qız yola salan 1990-cı il təvəllüdlü Nazim Ələkbərovu öldürüb.

K.Həsənzadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə təqsirləndirilib.
 
Aktual.az 
Xəbər 733 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR