Biləsuvarda çoban bacı və qardaş tərəfindən öldürülüb

Biləsuvarda çoban bacı və qardaş tərəfindən öldürülüb

Biləsuvar rayonunda baş verən qətlin bir deyil, iki nəfər tərəfindən törədildiyi məlum olub.

Aktual.az-ın  xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yardımlı rayon sakini Nabil Rəhmanovu bıçaqla qətlə yetirdiyinə görə dekabrın 26-da tutulmuş Dilarə Orucəliyevanın hadisəni qardaşı Hadi ilə birgə törətməsi müəyyən edilib və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Hadi Orucəliyev tutulub.

Araşdırmalar davam etdirilir.

Xatırladaq ki, Yardımlı rayonunun Alar kəndində olan Nabil Rəhmanov səhər tezdən mal-qaranı otarmaq üçün evdən ayrılıb. Günorta saatlarında onun evə qayıtmadığını görən yaxınları Nabili axtarmağa başlayıblar. 28 yaşlı gəncin cansız bədəni qonşuluqdakı çobanın həyətində aşkar olunub.
 
Aktual.az
Xəbər 682 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR