Qiymətli daşları necə seçmək lazımdır? - VİDEO

Qiymətli daşları necə seçmək lazımdır?   - VİDEO

İnsanların ən çox aldandığı məsələlərdən biri də qiymətli zinyət əşyaların alqı satqısı zamanı olur.

Aktual.az xezerxeber.com-a istinadən bildirir ki, bunun başlıca səbəbi müştərilərin orijinal yaxud keyfiyyətli məhsulları digərindən fərqləndirə bilməməsidir. Qiymətli metallarda bunu üzərindəki rəsmi əyar damğası ilə müəyyən etmək mümkün olsa qiymətli daşlarda bunu etmək çətindir.

Qanunvericiliyə görə qiymətli metallardan hazırlanan zinyət əşyalarının üzərində rəsmi əyar damğası olmalıdır. Məhz bu damğa olmayan əşyaların satışı həm qadağandır, həm də bunun saxta olması üçün ciddi dəlildir. Qiymətli daşlar üçünsə bunu müəyyən etmək daha çətindir. Daşların üzərində onun həqiqiliyi və ya keyfiyyəti ilə bağlı damğa olmur. Yəni müştərinin onu alarkən alıcılara yaxud zərgərlərə etibar etməkdən başqa çarəsi qalmır.

Burada əsas problem isə qiymətli daşın keyfiyyəti ilə bağlıdır. Məsələn qızılda olduğu kimi brilyantında keyfiyyətlisi olur. Bu onun hansı ölkədən hansı mədəndən tapılmasından asılıdır. Elə müştərilərin ən çox aldanma riskinin olduğu məhz bu məqamdır. Hətta mütəxəsislər belə onu adi gözlə müəyyən edə bilmir.

Brilyantın keyfiyyətində aldanmamaq üçün isə əksər insanlar zinyəti ya tanışdan alır, ya da aldıqdan sonra etibar etdikləri zərgərdə yoxladır.

Xəbər 695 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR