Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aviabiletlərin qiymətləri ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilinə başlanılıb.
Aktual.az xəbər verir ki, bu barədə Qafqazinfo-ya qurumun mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bildirilir ki, təhlillərin nəticəsi əsasında qiymətlərə yenidən baxılması və optimallaşdırılması mexanizmi ilə bağlı təkliflər hazırlanacaq və hökumətə təqdim ediləcəkdir.